Bakıda bu klinikanın fəaliyyəti dayandırıldı

24 İyun 2026 04:05 (UTC+04:00)

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başlayıb. SİA "Unikal"a istinadən xəbər verir ki, aşkarlanan nöqsanlardan sonra "General Hospital"ın lisenziyası İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilib.

Həmin klinika artıq özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək. Məlumat İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənib.

Mətləb