"Belneftexim" Konserni motor yanacağının qiymətlərini 1 qəpik artırır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu qiymətlər aşağıdakı kimi olacaq:
AI-92 – 2.58 rubl,
AI-95 – 2.68 rubl,
AI-98 – 2.90 rubl,
dizel yanacağı – 2.68 rubl.
Əvvəlki qiymət artımı aprel ayında baş vermişdi.
Qeyd etmək lazımdır ki, Belarus neft məhsullarını hazırda Ukraynanın dron hücumları səbəbindən böyük bir çatışmazlıq yaşayan Rusiyaya göndərir.
Əli Babayev