Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTOLAR

23 İyun 2026 15:15 (UTC+04:00)

İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Cıdır düzündə olublar.

SİA xəbər verir ki, Prezident İlham Əliyev burada Türkmənistan dövlətinin başçısına "Mərd" adlı Qarabağ atını hədiyyə edib.