Fransa milli komandası 2026-cı il FIFA Dünya Çempionatının qrup mərhələsi çərçivəsində İraq yığmasını 3:0 hesabı ilə məğlub edib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qarşılaşma ABŞ-ın Filadelfiya şəhərində keçirilib və əlverişsiz hava şəraiti səbəbindən oyun zamanı uzunmüddətli fasilə yaranıb.
Görüşə fəal başlayan Fransa millisi 14-cü dəqiqədə hesabı açıb. Kylian Mbappé cərimə meydançası xaricindən dəqiq zərbə ilə fərqlənərək komandasını önə çıxarıb. İraq yığması müdafiədə nizamlı oyun nümayiş etdirməyə çalışsa da, rəqibin təzyiqi qarşısında çətinlik çəkib.
İkinci hissədə Fransa üstünlüyünü artırıb. 54-cü dəqiqədə Mbappé ikinci dəfə fərqlənərək dubla imza atıb və hesabı 2:0 edib. 66-cı dəqiqədə isə Ousmane Dembélé Michael Olise-in ötürməsindən sonra fərqlənərək yekun nəticəni müəyyənləşdirib – 3:0.
Qarşılaşma güclü yağış və şimşək səbəbindən bir müddət dayandırılıb, daha sonra isə davam etdirilib. Fasilədən sonra Fransa oyuna tam nəzarət edərək üstünlüyünü qoruyub.
Bu nəticədən sonra Fransa qrupda mövqeyini möhkəmləndirib, İraq isə qrup mərhələsində çətin vəziyyətini davam etdirib.
Lətifə Abdıyeva