TƏBİB-in icraçı direktoru Anar Bayramov iyunun 29-da Şuşa şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qəbul Şuşa Müalicə-Sağlamlıq Mərkəzində keçiriləcək.
Vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanına müraciət edə və ya "815" Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.