Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib - FOTOLAR

23 İyun 2026 10:45 (UTC+04:00)

Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.

SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.