Şirvanın bəzi ərazilərində qaz kəsiləcək

23 İyun 2026 09:35 (UTC+04:00)

Şirvan şəhərinin bəzi ərazilərində təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Bu barədə SİA-ya Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, iyunun 23-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər yekunlaşanadək şəhərin Bağ evləri yaşayış sahəsində, eləcə də H.Əliyev prospekti, T.Ələkbərov, T.Bağırov, H.Z.Tağıyev, M.Aydınov, Z.Hacıyev və M.Hüseynzadə küçələri üzrə ümumilikdə 4682 abonentin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.