Bu metrostansiya ətrafında hərəkət istiqaməti dəyişdirilir - MƏLUMAT

23 İyun 2026 01:20 (UTC+04:00)

Yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ( “Piramida” tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdiriləcək.

Bu barədə SİA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.

Digər nəqliyyat vasitələri xəritədə göstərilən yeni trayektoriya ilə Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.

Mətləb