Gümrü-Moskva reysi ilə uçan təyyarə Mahaçqalada təcili eniş edib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Gümridən Moskvaya uçan sərnişin təyyarəsi Mahaçqaladakı alternativ aerodroma təhlükəsiz şəkildə eniş edib.
"Gümridən Moskvaya uçan Pobeda DP-856 reysi Mahaçqaladakı alternativ aerodroma təhlükəsiz şəkildə eniş edib", - deyə açıqlamada bildirilir.
Mütəxəssislər təyyarənin texniki vəziyyətini qiymətləndirirlər.