Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB

22 İyun 2026 15:53 (UTC+04:00)

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə batan 4 nəfərdən ikisinin meyiti tapılıb.

SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun axtarışları davam etdirilir.