Məhəmməd Salahın Dünya Kubokunda qələbə həyəcanı nəhayət sona çatıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi görə, Misir millisi Yeni Zelandiya üzərində 3:1 hesablı qələbə qazanaraq Dünya Kuboku tarixində ilk qələbəsini əldə edib. Bu nəticə "Fironlar"a növbəti mərhələyə yüksəlmək şansını qorumağa imkan verib.
Qarşılaşmanın ikinci hissəsində meydana çıxan Salah 67-ci dəqiqədə komandasını hesabda önə keçirib. Daha sonra Trezeqe onun künc zərbəsindən sonra başla vurduğu qolla Misirin üstünlüyünü artırıb və komandasının tarixi qələbəsini rəsmiləşdirib.
Turnirə istədiyi kimi başlaya bilməyən M. Salah Belçika ilə oyunda uğursuz çıxış edib, Yeni Zelandiya ilə görüşün ilk hissəsində də uğur əldə etməmişdi. Lakin həlledici anda 34 yaşlı hücumçu Dünya Kubokunda adını söz qələbə qazanan futbolçular sırasına yazıb.
2018-ci il Dünya Kubokunda zədə səbəbindən istədiyi performansı göstərə bilməyən və dörd il sonra Qətərdə keçirilən mundiala vəsiqə qazana bilməyən Misir millisinin lideri nəhayət ki, futbolun ən böyük səhnəsində öz sözünü dedi.
Misir növbəti oyununu İrana qarşı olacaq. Komanda həmin görüşdə müsbət nəticə qazanacağı təqdirdə növbəti mərhələyə yüksəlmək imkanını artıracaq.
Oyundan sonra Salah bildirib:
"Bu, bütün futbolçular üçün böyük nailiyyətdir. Çox vacib qələbə qazandıq. Komandada əla əhval-ruhiyyə var. Növbəti oyun bizim üçün çox önəmlidir".
Lətifə Abdıyeva