Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçiriləcək.
Bu barədə SİA-ya Dövlət Məşğulluq Agentliyndən məlumat verilib.
Aktiv məşğulluq tədbiri iyunun 23-ü saat 10:00-da ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunacaq.
Tədbirdə işaxtaran şəxslərə minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim ediləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.