Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerikdə vətəndaşların müraciətlərini dinləyəcək

22 İyun 2026 10:34 (UTC+04:00)

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 30-da saat 09:00-da Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarının sakinləri Lerik DAİM-ə (051-512-57-88) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.