İsmayıllıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

22 İyun 2026 09:27 (UTC+04:00)

İsmayıllıda iki minik avtomobili toqquşub.

SİA xəbər verir ki, hadisə rayonun Uştal kəndinin ərazisində qeydə alınıb.

1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi "Ford" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomobildə sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb.

Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər - Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.