Maliyyə Nazirliyinin birdən iki çamadana ehtiyacı olacaq...

22 İyun 2026 08:34 (UTC+04:00)

...Rusiyada vergi islahatı uğursuz oldu. Rusiya üçün yeganə investisiya resursu ev təsərrüfatlarının əmanətlərini dondurmaqdır.

2026-cı il SPIEF-dən (Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – A.B.) sonra Rusiyada vergi islahatının tamamilə uğursuz olduğu hələ aydın deyildi.

SİA xəbər verir ki, bunu Ukrayna Milli Bankının İdarə Heyətinin keçmiş üzvü Vitali Şapran “Facebook” da yazır: “Bu, ötən həftə aydın oldu”.

...Rusiya maliyyə orqanları bütün cəbhələrdə geri çəkilmək qərarına gəliblər.

Putin şəxsən sadələşdirilmiş vergi sistemində kiçik müəssisələr üçün 20 milyon rubl həddini donduracağına söz verdi.

Bunun ardınca Rusiya Maliyyə Nazirliyi İT satışlarına texnologiya vergisinin ilin sonuna qədər təxirə salındığını elan etdi.

Daha sonra RSSP (Kadrların Sertifikatlaşdırma Sisteminin Reyestri – A.B.) investisiya endiriminin 3-dən 8 faizə qədər artırılmasını tələb etməyə başladı; hökumət isə 6 faizə razılaşdı.

Artur Laffer əyrisinin işlədiyini anlayan Rusiya bizneslərini maliyyə hidrasının qələbəsi münasibətilə təbrik etmək olar. Lakin bu, Rusiya Maliyyə Nazirliyi üçün bir sual doğurur: maliyyə terroru tərsinə çevrildikdə büdcəni necə həyata keçirəcək?

Yəqin ki, Rusiya Maliyyə Nazirliyi ötən həftə parlamentin təsdiqi olmadan artırmaq hüququnu əldə etdiyi borclanma yolu ilə.

Konsolidasiya olunmuş büdcə kəsirini idarə etmək üçün Rusiya Maliyyə Nazirliyinin 2026-cı ildə əlavə 10-20 trilyon rubl tapması lazımdır.

Bu, bazarda inzibati vasitələrlə (pul çap etmək və ya vətəndaşların əmanətlərini dondurmaq və boşalmış likvidliyi dövlət istiqrazlarını almaq üçün istifadə etmək) istisna olmaqla, mümkün deyil.

Rusların bu ssenarini nə vaxt tətbiq etməyə başlayacağını demək çətindir. Lakin Rusiyanın neft bazarı perspektivləri pisləşdikcə bunun ehtimalı artır.

Əli Babayev