"Danışıqlara hazırıq" - Suriya liderindən "Hizbullah" açıqlaması

22 İyun 2026 04:07 (UTC+04:00)

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa qonşu Livanda sülh və sabitliyi təmin edə biləcək həll yolunun axtarışı üzərində işləyir.

Suriya lideri bu barədə BƏƏ-nin "Al Mashhad" telekanalına müsahibəsində bildirib. "Biz Livan dövlətçiliyinin qorunub saxlanmasına zəmanət vermək üçün [Livanın radikal qruplaşması olan] "Hizbullah"la bağlı məsələni nizama salmağa çalışırıq. Əgər bu bütün tərəflər üçün faydalı olacaqsa, biz danışıqlar prosesinə hazır olduğumuzu bildiririk", - o vurğulayıb.

Mətləb