"Kim mənə axmaq deyirsə qoy desin" - Kanslerdən ŞOK SÖZLƏR

22 İyun 2026 03:03 (UTC+04:00)

Almaniya Kansleri Fridrix Merts sosial şəbəkələrdə ünvanına yazılan təhqirlərlə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət etmədiyini bildirib. Bu barədə TASS məlumat yayıb.

SİTAT: "Mən vəzifəyə başladığım gündən etibarən bununla bağlı heç bir ərizə təqdim etməmişəm", - deyə Merts Almaniya hökumətinin Açıq Qapılar Günü çərçivəsində keçirilən vətəndaşlarla dialoq zamanı bildirib.

Kansler qeyd edib ki, əvvəllər bu cür hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, artıq bu təcrübədən imtina edib. Onun sözlərinə görə, bir çox hallarda prokurorluq orqanları siyasətçilərə qarşı səsləndirilən təhqirləri öz təşəbbüsləri ilə araşdırırlar.

"Kimsə mənə axmaq deyirsə, qoy desin. Mən bununla razı deyiləm, amma bu, hələ cinayət tərkibi yaratmır", - deyə o bildirib.