Ermənistanda seçki gərginliyi BİTMİR - işə Konstitusiya Məhkəməsi baxacaq

21 İyun 2026 23:05 (UTC+04:00)

Ermənistanın Konstitusiya Məhkəməsi 7 iyun tarixində keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi barədə yeddi partiya və blokun iddialarına iyunun 26-da baxacaq. SİA xəbər verir ki, bu barədə məhkəmənin "Facebook" səhifəsində məlumat paylaşılıb. Məlumata görə, səsvermənin nəticələrini "Güclü Ermənistan" bloku, "Birlik qanadları" Partiyası, "Demokratiya, qanun, nizam-intizam" Partiyası, "Çiçəklənən Ermənistan" Partiyası, "Respublika naminə" Partiyası, "Ermənistan" bloku və "Yeni güc" Partiyası mübahisələndirmək niyyətindədir.

Məhkəməsdən qeyd edilib ki, göstərilən işlər eyni məsələyə aid olduğu üçün onlar birləşdirilib və iyunun 26-da eyni iclasda onlara baxılacaq.

Mətləb