Şirvan şəhərində açıq ərazidə yanğın hadisəsi baş verib.
Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın baş verən əraziyə dərhal FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsinin və ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mətləb