Gəncədə evdən meyit tapılıb

21 İyun 2026 09:28 (UTC+04:00)

Gəncədə evdən meyit tapılıb.

SİA-nın xəbərinə görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Novruzovun yaşadığı evdə meyit aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.