Böyük Britaniyanın Baş naziri Kir Starmer çox yaxın vaxtda istefasını elan edəcək. BBC-nin yaydığı məlumata görə, Kir Starmer bazar ertəsi baş nazir postundan istefa verəcək. Məlumatda bildirilir ki, hakim Leyboristlər Partiyasında yaşanan gərginlik və son dövrlərdə artan siyasi təzyiqlər bu qərarın verilməsində əsas rol oynayıb.
Qeyd olunur ki, Starmerin istefasından sonra hakim partiyada yeni liderin müəyyənləşdirilməsi prosesi başlayacaq. Britaniya siyasi dairələrində artıq onun mümkün varislərinin adları müzakirə olunur.