"Zelenski "qırmızı xətti" keçib" - Polşadan Ukraynaya ŞOK!

21 İyun 2026 03:06 (UTC+04:00)

Ukrayna və Polşa arasındakı gərginlik pik həddə çatıb. Polşa Prezidenti Karol Navrotski bildirib ki, "Ukrayna Prezidenti Vladimir Zelenskin "Ukrayna Üsyançı Ordusunun (UÜO) Qəhrəmanları" fəxri adının verilməsini təsdiqləməklə bizim "qırmızı xəttimiz"i keçdi.

Buna görə də, mən onu "Ağ Qartal" ordenindən məhrum etdim".

K. Sileziya üsyanı günü münasibətilə keçirilən tədbirdə çıxış edən Navrotski vurğulayıb ki, polyaklar müharibənin, müstəqillik uğrunda mübarizənin və Rusiya təhlükəsinin nə olduğunu yaxşı başa düşürlər, lakin Polşa üçün "ağrılı məsələlər" var. Bu hədd artıq aşılıb. Buna görə də mən prezident Zelenskini "Ağ Qartal" ordenindən məhrum etdim".

Mətləb