Ağstafaya dolu düşüb

21 İyun 2026 02:03 (UTC+04:00)

Ağstafa rayonuna iri həcmli dolu düşüb. Məlum olub ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb. Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib. Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrinə ziyan vurub.

Mətləb