Türkiyənin İsparta vilayətinin Gelendost rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən qəzada turist mikroavtobusu yoldan çıxaraq dərəyə aşıb. Bildirib ki, nəticədə 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Onlardan 5-nin vəziyyəti ağırdır. Jandarma qrupları hadisə yerini mühasirəyə alıb və qəza ilə bağlı araşdırma aparılır.
Mətləb