...Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının üzvü Marina Əhmədova, Moskvada hava hücumundan müdafiə sistemlərini göstərən və ehtimal ki, xarici vətəndaşlar tərəfindən çəkilmiş videoların internetdə probleminə diqqət çəkib.
SİA-nın məlumatına görə, o, Telegram kanalında işəgötürənləri təcili olaraq işçiləri hərbi qurğuların və hava hücumundan müdafiə sistemlərinin çəkilişinin yolverilməzliyi barədə maarifləndirməyə çağırıb.
...Moskvadakı hava hücumundan müdafiə sistemlərinin bir çox videosunun miqrantlar tərəfindən çəkildiyini müşahidə etmişik. Ukrayna kanalları həqiqətən də möhtəşəm videolar yayımlayır - uçan dronlara atəş açılır, tüstü buludları və Moskvada partlayışlar. Videolarda o vaxt Moskvaya işə gedən və ehtiyatsızlıqdan yaxalanan bir çox əcnəbi var. Onlar hətta burada müharibənin getdiyini belə bilmirdilər. İnsanlar sığınacaq axtarır, yol boyu gülür, çəkiliş aparırlar. Başa düşürəm; insanlar stressdədirlər. Lakin stress onların bu videoları paylaşmalarına mane olmayıb.
Bunu Əhmədova yazıb.
...O qeyd edib ki, Rusiya vətəndaşlarının çəkiliş aparmadığını demək istəmir, əksinə, yalnız miqrantların çəkdiyini nəzərdə tutur. Lakin, o deyib ki, əcnəbilər öz "anklav-köpüklərində" yaşadıqları və öz sosial medialarını oxuduqları üçün mövcud qanunvericilikdən həqiqətən xəbərsiz ola bilərlər. Lakin onların cahilliyi bizə və özlərinə zərər verir - İstintaq Komitəsi onlara çatanda, - deyə insan haqları fəalı xəbərdarlıq edib.
Marina Əhmədova deyib ki, hava hücumundan müdafiə sistemlərinin hərəkətdə olan görüntülərini çəkib yaymaq qanunla cəzalandırılır.
...Elə bu gün orada olan birinə Allah xatirinə heç nəyi çəkməməyi və heç kimə - ümumiyyətlə heç kimə ötürməməyi xəbərdar etdim. Bu, qanunla cəzalandırılır, - deyə o bildirib. Bu baxımdan, Əhmədova çatdırılma xidmətlərinin, bazar rəhbərliyinin və taksi şirkətlərinin işçilərini toplayıb onlarla ciddi söhbət etmələrini təklif edib.
...Elan verin. Bu, təcili olaraq edilməli olan bir şeydir. Bu, hər bir işəgötürənin məsuliyyətidir. Və çəkiliş üçün saxlanılan hər bir miqrantdan işəgötürənlərinin onları çəkiliş barədə məlumatlandırıb-maarifləndirmədiyi soruşulmalıdır.
...Təki onlardan heç biri həbsxanaya gedərkən heç nə bilmədiyini iddia etməsin. Və həssas videolar düşmənin əlinə keçməsin, - deyə şura üzvü bildirib.
SİA-nın əlavəsi: yazıçı, jurnalist, redaktor,.. daha nə bilim nələr kimi təqdim edilən Marina Əhmədova Rusiyanın Tomsk şəhərində doğulsa da, ata tərəfdən olan əsabələri Dağıstanda yaşayırlar. Qeyd edək ki, uşaq vaxtı yay tətillərindən birini Dağıstanda həmin əsabələrinin yanında keşirən Marina sonradan həmin günləri ömrünün “ən ağır günləri” kimi təqdim edib. Hazırda o ərdə olmasa da, amma gərək ki, iki uşaq böyüdür.
...Uşaqların atası barədə heç bir məlumat əldə edə bilmədim.
...Və deyim ki, onun damarlarında müsəlman qanı axsa da, o, müsəlmanlara qarşı elə də xoş münasibətli deyil.
Əli Babayev