“Siz küləkdən qorxursunuz, amma biz bu küləyi yaradan Allahdan...”

20 İyun 2026 18:24 (UTC+04:00)

...Seneqalın futbol üzrə baş məşqçisi Pap Tyav, 2026-cı il Dünya Kubokunda Fransa ilə oyundan əvvəl keçirilən mətbuat konfransında amerikalı jurnalistin cümə namazı ilə bağlı sualını cavablandırıb. Məşqçinin çıxışı müsəlman dünyasında geniş əks-səda doğurub.

Sual, Seneqal oyunçularının və məşqçi heyətinin ABŞ hökumətinin Nyu-Cersi ştatında güclü külək səbəbindən oteldən çıxmamaq və bunun əvəzinə cümə namazı üçün məscidə getmək tövsiyəsinə məhəl qoymaması ilə bağlı olub. Jurnalist onlardan niyə təhlükəsizliklərini riskə atdıqlarını soruşub.

Türkiyənin Haber7 nəşrinin verdiyi məlumata görə, söhbət belə davam edib:

Jurnalist: "Bu gün Nyu-Cersi ştatında güclü külək əsdi və təhlükəsizlik sizdən çölə çıxmamağınızı istədi. Niyə namaza getdiniz?"

Pap Tyav: "Namazdan daha vacib bir şey varmı? Düşünmürəm ki, bu sualı mənə verməyə haqqınız var. Siz küləkdən qorxursunuz, amma biz bu küləyi yaradan Allahdan qorxuruq. Biz bura əyləncə üçün gəlməmişik. Biz futbol oynamağa gəlmişik, amma Allaha ibadət etmək üçün yaradıldığımızı unutmuruq.

SİA xəbər verir ki, bunu deyən Seneqalın baş məşqçisi əlavə edib ki, “Bu gün Dünya Kubokunun finalı olsaydı və orada oynasaydıq, amma cümə namazının vaxtı olsaydı, namaza gedərdik. Çempion olmaq şansımızı itirməyimiz demək olsaydı belə. Çünki namazın öz vaxtı var. Dinimizin ayinləri haqqında bizimlə belə danışa bilməzsən.

…Türkiyə və İndoneziya mediasına görə, bu reaksiya zalda dərin bir sükut yaratdı və video sosial mediada yerləşdirildikdən sonra seneqallı məşqçinin sözləri "ən mənalı mesaj" adlandırıldı.

Əli Babayev