Gəncə sakini Rusiya - Ukrayna müharibəsində həlak olub

20 İyun 2026 03:07 (UTC+04:00)

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. SİA Teleqraf-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və dron hücumu nəticəsində ölüb.

Təxminən iki ay öncə Rusiyaya gedən X.Məmmədovla yaxınları sonuncu mayın 4-ü danışıb. Onun nəşi hələ ki, tapılmır. Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib.

Mətləb