Azərbaycanda iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb

19 İyun 2026 16:05 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə SİA-ya ƏƏSMN-dan məlumat verilib.

Bildirilib ki, iyunun 12-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkənin bölgələrində qeydiyyatda olan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.