Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Vüsal Cəfərov 17–20 iyun 2026-cı il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilən 36-cı Avropa Uşaq Urologiyası Cəmiyyətinin (ESPU) Konqresində (36th ESPU Congress 2026) iştirak edir.
Beynəlxalq elmi tədbir çərçivəsində uşaq urologiyası və uşaq cərrahiyyəsi sahəsində ən son yeniliklər, müasir diaqnostika və müalicə üsulları, eləcə də innovativ cərrahi yanaşmalar müzakirə olunub. Konqres iştirakçılara qabaqcıl təcrübə mübadiləsi aparmaq, elmi yeniliklərlə tanış olmaq və beynəlxalq peşəkar əlaqələri genişləndirmək imkanı yaradıb.
Qeyd edək ki, Avropa Uşaq Urologiyası Cəmiyyətinin illik konqresi bu sahədə dünyanın nüfuzlu elmi platformalarından biri hesab olunur və hər il yüzlərlə mütəxəssisi bir araya gətirir. Mərkəzi Gömrük Hospitalının həkimlərinin belə mötəbər beynəlxalq tədbirlərdə iştirakı tibb müəssisəsində göstərilən xidmətlərin müasir tibbin nailiyyətlərinə uyğun inkişafına və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verir.