İlham Əliyev məktəbəqədər təhsillə bağlı Fərman imzalayıb

19 İyun 2026 15:09 (UTC+04:00)

Azərbaycanda məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq edilir.

SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənəd məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması məqsədi daşıyır.

Fərmana əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına təmin edilir.

Nazirlər Kabinetinə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasını üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli və digər məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi isə hər növbəti maliyyə ili üzrə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi üçün tələb olunan məqsədli vəsaitin həcmini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.