“Səbail” yeni baş məşqçisini açıqlayıb

19 İyun 2026 10:52 (UTC+04:00)

Azərbaycan I Liqasında mübarizə aparan "Səbail" komandasının yeni baş məşqçisi açıqlanıb.

SİA xəbər verir ki, bu vəzifəyə Elnur Abdullayev təyin edilib. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Elnur Abdullayevin son iş yeri II Liqada çempion olduğu “Şahdağ Qusar” komandası olub.