"Qarabağ" və "Zirə" komandaları arasında yoxlama görüşü keçiriləcək

18 İyun 2026 16:26 (UTC+04:00)

"Qarabağ" və "Zirə" komandaları arasında yoxlama görüşü keçiriləcək.

SİA Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma iyunun 20-də saat 18:00-da start götürəcək.

Yoxlama görüşü "Azersun Arena"nın məşq meydançasında təşkil olunacaq.