Tədbirdə öncə "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin Baş direktoru Rəna Məmmədova bütün media nümayəndələrini salamlayaraq, “Coca –Cola”-nın tarixindən , ənənəvi olaraq idman yarışlarının sponsorluğundan danışıb. Bununla yanaşı baş direktor qeyd etib ki, 1996-cı ildə Coca-Cola zavodu Bakıda açılıb və artıq İsmayıllıda ikinci zavodun fəaliyyət göstərir. Həmçinin tədbir zamanı şirkətin ümumi sosial yönümlü layihələri barədə də məlumat verilib.
Coca-Cola Azərbaycanın keçirdiyi tədbirdə dünya çempionatının açılış mərasimindən əvvəl Coca- Colanın reklam çarxı nümayiş etdirilib və media iştirakçıları arasında müxtəlif intelektual əyləncəli oyunlar keçirilib. Sonda isə media nümayəndələrindən qalib olanlar qiymətli hədiyyələrlə təqdim edilib.