Mərkəzi Gömrük Hospitalının transplantoloqu Kazımi Mircəlal Mirkazım oğlu “Tərəqqi” medalı ilə təltif olunub.

18 İyun 2026 13:47 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında” Sərəncama əsasən, ölkəmizdə səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və göstərdiyi xidmətlərə görə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı, Kazımi Mircəlal Mirkazım oğlu “Tərəqqi” medalı ilə təltif olunub.
Bu ali mükafat Dr.Mircəlal Kazıminin Azərbaycan səhiyyəsinin inkişafına verdiyi dəyərli töhfələrin, peşəkarlığının və fədakar əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsdir.
Dr. Mircəlal Kazımini bu yüksək dövlət təltifi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar və gələcək fəaliyyətində böyük nailiyyətlər arzulayırıq.