"Səbail" baş məşqçisi Adil Şükürovla vidalaşıb

18 İyun 2026 13:01 (UTC+04:00)

"Səbail" futbol komandası baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.

SİA xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

I Liqa təmsilçisi mütəxəssisin başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından "Səbail"də işləyib.