Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib

18 İyun 2026 11:11 (UTC+04:00)

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

SİA xəbər verir ki, ümumi çəkisi 1420 kiloqram olan 6500 ədəd xaş-xaş kolu məhv edilib.