Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb

18 İyun 2026 09:58 (UTC+04:00)

2026-cı il iyun ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,6 min nəfər olub.

SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, onların 52,1 faizini qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,8 manat olub.