İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub - Prezident

18 İyun 2026 09:37 (UTC+04:00)

Azərbaycan Ermənistana sülh təklif etdi, yəni işğaldan və dağııntılardan əziyyət çəkmiş ölkə bunu təklif etdi.

SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısı deyib ki, indi bu sülh mövcuddur, bir ildir ki, Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və bunun faydasını görür.