Vladimir Putin Hakan Fidanla görüşüb

17 İyun 2026 23:05 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Rusiya–ASEAN sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. H. Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bu ölkədə iki günlük səfərdədir.

Görüş Q. Kamal adına Tatarıstan Dövlət Akademik Teatrında baş tutub. Daha əvvəl həmin məkanda Rusiya–ASEAN sammitinin iştirakçısı olan nümayəndə heyətləri rəhbərlərinin rəsmi qarşılanma mərasimi keçirilmişdi.

Mətləb