ABŞ blokadası qaldırıldıqdan sonra İran neft ixracını bərpa etdi

17 İyun 2026 16:09 (UTC+04:00)

Vaşinqton və Tehran, digər məsələlərlə yanaşı, ABŞ-ın İran limanlarına qarşı blokadasının qaldırılmasını nəzərdə tutan çərçivə sazişini elan etdikdən sonra, İran tankerləri iki aydan sonra ilk dəfə xam neft ixrac etməyə başlayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dəniz nəqliyyatını izləyən analitik şirkət TankerTrackers-in məlumatında qeyd olunub ki, İran tankerləri artıq iki partiya neft ixrac edib.

Şirkətin peyk görüntüləri ilə təsdiqlənmiş məlumatlarına görə, 3,8 milyon barel xam neft daşıyan ən azı iki İran Milli Tanker Şirkətinin supertankeri ABŞ dəniz blokadası xəttini keçib.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Hörmüz boğazının razılaşdırılmış memorandumun şərtlərinə uyğun olaraq yenidən açıldığını elan etsə də, sonradan vaxt çərçivəsini dəyişdirərək, cümə günü İsveçrədə sənədin rəsmi imzalanmasından sonra boğazın yenidən açılacağını açıqlayıb.

Lətifə Abdıyeva