İlham Əliyev İslam İnkişaf Bankının sədrini "Dostluq" ordeni ilə təltif edib

17 İyun 2026 15:25 (UTC+04:00)

İslam İnkişaf Bankı (İsDB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin "Dostluq" ordeni ilə təltif edilib.

SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu mükafata Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə layiq görülüb.