Əhmədli qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

17 İyun 2026 15:24 (UTC+04:00)

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.