Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı dövrdən etibarən “e-ttkf.edu.az” portalına 101 min 827 müraciət daxil olub, onlardan 84 min 880 müqavilə rəsmiləşdirilib. Bu göstərici müraciətlərin təxminən 85 faizinin müsbət nəticələndiyini və mexanizmin səmərəliliyini nümayiş etdirir.
Fonddan SİA-ya bildirilib ki, rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 faizini sosial, 65 faizini isə standart təhsil tələbə kreditləri təşkil edir.
Təhsil pillələri üzrə bölgüyə əsasən, müqavilələrin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsinin payına düşür.