Xəzər dənizində zəlzələ olub

17 İyun 2026 12:19 (UTC+04:00)

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə SİA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, saat 11:53-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.5, dərinliyi isə 18 km olub.