Azərbaycan nefti ucuzlaşmaqda davam edir

17 İyun 2026 09:32 (UTC+04:00)

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,94 ABŞ dolları və ya 4,55 % azalaraq 82,61 ABŞ dolları təşkil edib.

Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 80,9 ABŞ dolları təşkil edib.