Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

17 İyun 2026 09:16 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan “Bright Uzbekistan” jurnalının xüsusi buraxılışı təqdim edilib.

Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, jurnalın Azərbaycanla bağlı nəşr edilən 3-cü və 4-cü xüsusi buraxılışları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurlara həsr olunub.