Türkiyənin Karaman vilayətində üç azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə vilayətin Kızık kəndində qeydə alınıb. Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə aşıb.
Qəza nəticəsində bir ailənin üç azyaşlı övladı hadisə yerində həyatını itirib. Həlak olan uşaqların meyitləri məhkəmə-tibbi ekspertiza üçün morqa təhvil verilib. Yaralıların vəziyyətlərinin isə qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb