Tanınmış vəkilin qızı yol qəzasında həlak olub

16 İyun 2026 23:53 (UTC+04:00)

Vəkillər Kollegiyasının üzvü Fərhad Mehdiyevə ağır itki üz verib. Belə ki, tanınmış vəkilin qızı yol qəzasında dünyasını dəyişib. Hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib. Məlum olub ki, minik avtomobili vəkilin qızının idarə etdiyi motosikletlə toqquşub.

Nəticədə 17 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib. Allah rəhmət eləsin!

Mətləb