Fransa millisi dünya çempionatına qələbə ilə başladı (YENİLƏNİB)

17 İyun 2026 01:09 (UTC+04:00)

Futbol üzrə dünya çempionatında Fransa millisi Seneqal yığmasına qalib gəlib. Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.

Fransanın heyətində Kilian Mbappe (66, 90+6) və Bradli Barkola (82) dəqiq zərbə müəllifi olublar.

Afrikalıların qolunu isə İbrahim Mbaye (90+5) vurub.

Mətləb