Bu sistemlər Türkiyəyə köçürülür - NATO-dan QƏRAR

17 İyun 2026 02:03 (UTC+04:00)

SAMP/T Avropa hava və raketdən müdafiə sistemi İtaliyadan Türkiyəyə köçürüləcək. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qərar NATO-nun daimi müdafiə planı çərçivəsində qəbul olunub.

Məlumata əsasən, SAMP/T sistemi Alyansın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin Konyadakı 3-cü aviabazasında yerləşdiriləcək.

Mətləb Salahov